GƏNCƏ TİBB KOLLECİNƏ AYRILMIŞ PULLARIN BÖYÜK QİSMİ NİYAZİ İBRAHİMOVA ÇATIR
3-02-2016, 07:44
Niyazi İbrahimov kollecin bütün pullarına əl qoyub, tələbələr isə qan ağlayırlar
Gəncə Tibb Kollecində imtahan sessiyası dövründə tələbələr qan ağlayırlar. Kollecin direktoru Niyazi İbrahimov artıq bütün işləri çığırından çıxarıb. Artıq tələbələrdən məcburi qaydada imtahanlar üçün pul tələb olunur. Və bunu da belə əsaslandırırlar ki, guya, qiymətlər bahalaşıb, onlar da başqa şəkildə dolanışıqlarını qura bilmirlər.
Amma Niyazi İbrahimovun bu əllaməçiliyi ilk deyil. Onun tenderlərlə bağlı siyasətinin əsasları da bunu təsdiq edir.Kollec üçün ayrılmış pulların bir qismi kommunal və kommunikasiya xidmətlərinin (qaz çəkilişi) satın alınmasına sərf olunub. Bu məbləğ 9768 manat təşkil edib ki, həmin pulun da yarısından çoxu direktora çatıb.
Gəncə Tibb Kollecində cari təmir işlərinin alınmasında da pul yeyintisinin olduğu vurğulanır. İddia olunur ki, bu məqsədlə 9845,22 manatlıq pul ayrılıb. Amma həmin pulla başqa şeylərin alındığı da məlumatlar sırasındadır.
Bununla bağlı başqa bir mətləb daha var. Belə ki, kollecdə əsaslı təmir işlərinin həyata keçirilməsi üçün də 9895,84 manat ayrıldığı və onun direktor tərəfindən mənimsənildiyi qeyd olunur.\ Demokratiya.info\