Küçə süpürən xocalılılar Səhiyyə Nazirliyindən imdad diləyir

3-02-2016, 20:45           
Küçə süpürən xocalılılar Səhiyyə Nazirliyindən imdad diləyir
"Xocalılarla müsahibə almaq üçün Goranboy rayonuna ezam olunarkən sakinlərdən biri Tural haqqında məlumat verib kömək istədi. Xocalı sakini Salmanov Tural Goranboy rayonunda yaşayır. Uzun illərdi qaraciyər və dalağında müxtəlif diaqnozlar əsasında müalicə alıb. Səhiyyə Nazirliyinin göstərişi ilə Xocalı, Gəncə və Bakı xəstəxanalarında müalicəsini davam etdirib. Amma vəziyyəti ağır olaraq qalır".

Bunu Moderator.az-a açıqlamasında şairə Feyziyyə Hacıyeva bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrin birində Tuarlın şəklini və düşdüyü vəziyyətlə bağlı məlumatı yayandan sonra Medika Hospital onun vacib olan bütün müayinlərini təmənnasız etməyi üzərinə götürüb: "Buna görə onların həkim kollektivinin qarşısında baş əyirəm. Amma Turalın səhhəti ilə bağlı müxtəlif həkimlər müxtəlif rəylər bildiriblər. Onlardan bəzilərinin dediyinə görə ona qaraciyər köçürməsi olmalıdı. Bütün bunlar isə küçələri süpürməklə evinə çörək gətirən valideynlərinin imkanı xaricindədir. Ümid edirik ki, Səhiyyə Nazirliyi və əlaqədar qururmlar məsələni öz nəzarətinə götürəcək və onsuz da sayı lap az qalmış Xocalı sakinlərindən daha birinin həyatdan vaxtsız getməsinə imkan verməyəcək".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.