"Hörmətli Sahil müəllim bax diqqətlə mənim şəkilimə və mənim xəstəliyimə sonra.." ŞİKAYƏT

12-01-2021, 06:00           
"Hörmətli Sahil müəllim bax diqqətlə mənim şəkilimə və mənim xəstəliyimə sonra.."  ŞİKAYƏT
Teref.az xəbər verir ki, İmişli rayonunda qeydiyyatdsa olan müvəqqəti Bakı şəhər, Nizami rayon, B.R. Mirzəyev küçəsi, ev 2-də kirayə yaşayan Nuruşzadə Tacir Amil oğlu ona qarşı edilən haqsızlıq barədə ölkə rəhbərliyinə müraciət edib. Bir nüsxəsidə poçtumuza daxil olan şikayətdə deyilir:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ.

CƏNAB İLHAM ƏLİYEVƏ.



AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.

HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

Sürəti:

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏ NAZİRLİYİNƏ.



İNSAN HÜQUQLARI ÜZRƏ MÜVVƏKİLƏ.



Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə.



İmişli rayonunda qeydiyyatdsa olan müvəqqəti Bakı şəhər, Nizami rayon, B.R. Mirzəyev küçəsi, ev 2-də kirayə yaşayan Nuruşzadə Tacir Amil oğlu tərəfindən.

(070) 594-23-18.



Şikayət Ərizəsi

Mən, Nuruşzadə Tacir Amil oğlu 12.11.2001-ci il tarixində Azərbaycan Respublikası, İmişli rayon, Hacırüstəmli kəndində anadan olmuşam.



Anadangəlmə xəstəyəm, əmək qabiliyyətsizəm, xəstəliyim heç zaman sağalan xəstəlik deyildir.



Xəstəliyimlə bağlı demək olar ki, hər il xəstəxanalarda müalicələrdə oluram, xəstəliyimlə bağlı işləyə bilmirəm.



Xəstəliyimlə bağlı müalicə və müayinə xərclərini ödəyə bilmirəm. Heç bir gəlir yerim yoxdur. Anam rəhmətə gedib, şəkillərimi iddia ərizəsinə əlavə etmişəm.



Qeyd etmək istəyirəm ki, həm ayğım şikəsdir, həm də epilepsiya xəstəsiyəm, səhətimdə olan xəstəliklərlə bağlı məni müayinə edib 17.08.2020-ci ildə forma 88 yazılıb (2788003AAB1T) Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərildi, lakin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə (https://www.e-gov.az/az/services/read/3493/0) e-sosial portalında şəxsi kabinetə yanvar 2021-ci ildə baxış zamanı (https://e-sosial.az/#/cabinet) mənə məlum olmuşdur ki, e-sosial portalında mənə əlillik dərəcəsi verilməsindən imtina edilmişdir.



Hesab edirəm ki, bu mənə qarşı haqsız bir mövqedir, mən anadan gəlmə ayağım şikəsdir və epilepsiya xəstəsiyəm və ağır sağalmaz xəstəliklərdən əziyyət çəkirəm.



Əlavə olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin əsassən mənə 2-ci qrup əlillik təyin edilməlidir.



Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi əsassız olaraq mənim xəstəlyimə əlillik təyin edilməsinə imtina etmişdir.



Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi imtina aktında qeyd etmişdir ki, F 88 natamam doldurulmuşdur.



Qeyd etmək istəyirəm ki, mən sağalmaz andangəlmə xəstəsiyəm, mənim müalicəmin heç bir müsbət nəticəsi yoxdur, sadəcə müalicəmin səbəbi ondan ibarətdir ki, mənim xəstəliyim dahada ağrlaşmasın həyatıma vaxtından əvvəl ölüm təhlükəsi yaratmağına gətirib çıxarmasın, bütün bunlara baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi qanunsuz olaraq mənə əlillik təyin edilməsindən imtina edir.



Hörmətli Sahil müəllim bax diqqətlə mənim şəkilimə və mənim xəstəliyimə sonra bu dövlətə layiq olmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə göstəriş ver ki, məni anadangəlmə sağlam etsinlər, sonra imtina etsinlər, mən buna razıyam.



Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"ə əsassən mənə 2-ci qrup əlillik təyin edilməlidir.



Xahiş edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinin yaramaz işçilərinə qarşı ciddi tədbir görün və mənə 2-ci qrup ümumi xəstəliklə əlaqədar əlillik təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə ciddi göstəriş verin.



12.01.2021-ci il. İmza: / Nuruşzadə Tacir Amil oğlu/.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.