"Azərsu" "Piramida"ya borcludur, yoxsa "Piramida" "Azərsu"ya... - Fəhlələri maraqlandıransa maaşlarıdır...

4-02-2016, 10:05           
"Azərsu" "Piramida"ya borcludur, yoxsa "Piramida" "Azərsu"ya... - Fəhlələri maraqlandıransa maaşlarıdır...
"Piramida" MMC-nin işçiləri maaşlarını ala bilmir.

Bu barədə Qaynar.info-ya MMC-nin işçisi olmuş İlkin Süleymanov məlumat verib.

Şikayətçi bildirir ki, "Azərsu" ASC-yə bağlı olan MMC tikinti işləri ilə məşğul olur. "Piramida"nın türkiyəli rəhbəri Emin Mehmet Tansu hər dəfə maaşlarını tələb edən işçilərə "Azərsu" bizim pulumuzu versin, biz də sizin maaşınızı verək" cavabını verir: "Azərsu"da Arzuman müəllimin qəbulunda olduq. Bizə dedi ki, həmin şirkətin "Azərsu"ya borcu var".

İlkin Süleymanov bildirir ki, şirkətdə maaş problemi olan işçi təkcə o deyil. Onunla yanaşı, "Piramida"nın 100-ədək əməkdaşı maaşını ala bilmir: "Biz bir çox yerlərə müraciət etmişik. Amma heç bir nəticəsi olmayıb. Söz versələr də, problemimiz həll olunmur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.