"Elə etmək lazımdır ki, yalnız ad dəyişməsin, mahiyyət və dəyərlər də dəyişsin." Politoloq

13-01-2021, 08:15           
"Elə etmək lazımdır ki, yalnız ad dəyişməsin, mahiyyət və dəyərlər də dəyişsin." Politoloq
Kütləvi İnformasiya Vasitlərinə Dəstək Fondu ləğv olunaraq yerində Medianın İnkişafı Agentliyi təsis olundu. Lap yaxşı, ancaq elə etmək lazımdır ki, yalnız ad dəyişməsin, mahiyyət və dəyərlər də dəyişsin.
Teref.az yazır ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan şahinoğlu yazıb. Daha sonra müəllif yazır:
Müsahibə məqsədilə müxtəlif televiziya kanallarında və redaksiyalarda tez-tez olduğumdan mediamızın və jurnalistlərimizin problemlərini müşahidə edirəm. Bircəciyini yazıram. Azərbaycanda jurnalistlərin maaşları çox aşağıdır. Əlbəttə, demirəm ki, jurnalistikada hamı yüksək maaş almalıdır. Ancaq uzun illər bu sahədə çalışanlar, peşəkar qabiliyyətə malik olanlar özlərinin və ailələrinin tələbatlarını tam ödəməlidirlər, borc içində üzməməlidirlər. Dünyada qəbul olunub ki, yaxşı jurnalistin maaşı yaxşı vəkilin və ya yaxşı diş həkimin maaşından az olmur. Bəziləri deyəcək ki, yaxşı maaşın təminatı üçün reklam bazarı olmalıdır. Bunu da yeni yaranan qurum düşünsün və nəhayət ki, mediaya reklam axınını təşkil etsin. Yaxşı yadımdadır, 1998-ci ilə qədər mediaya reklam axını var idi, bunun sayəsində çalışdığım qəzetdə ən çox qonorar alan jurnalistlərdən idim. Azərbaycandan iqtisadi baxımdan zəif olan Gürcüstanda və Ukraynada ayda 4-5 min dollar ekvivalentində maaş alan jurnalistlər tanıyıram. Bizdə peşəkar jurnalistlər az deyil, onlar da yüksək maaşlara layiqdirlər. Bu, mediada və jurnalistlər arasında sağlam rəqabəti də gücləndirər. Subyektiv fikirlərimi yazdım.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.