Yasamalda ağaclar kökündən çıxarılır - FOTOLAR

4-02-2016, 17:14           
Yasamalda ağaclar kökündən çıxarılır - FOTOLAR
Yasamal rayonunda yaşıllıq məhv edilir. Bu barədə Musavat.com-a oxucumuz məlumat verib.

Onun sözlərinə görə, Yasamal rayonunun Balababa Məcidov küçəsindəki yaşlı ağaclar kökündən çıxarılıb.

Həmin ərazidə yol təmir edilir. Buna görə də yolun kənarındakı 15-ə yaxın ağac kökündən qoparıllıb. Fəhlələr əvvəlcə ağacların budaqlarını kəsdilər. Sonra nəyə görəsə aöacları kökündən çıxarmaq qərarına gəliblər.

Bu hərəkət ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.