"Səba"dan şikayət: "Maaşlar verilmir, iş vaxtı 8 saatdan çoxdur"

21-01-2021, 19:58           
"Səba"dan şikayət: "Maaşlar verilmir, iş vaxtı 8 saatdan çoxdur"
Şabran sakinləri “Səba Broyler”dən “MediaPost”a şikayət ünvanlayıb.

Firmanın Şabranakı müəssisəsində çalışan şəxslər maaşların verilməməsindən gileyləniblər. İşçilər həmçinin iş vaxtının 8 saatdan çox olmasından, işçilərin istismar edilməsindən narazılıqlarını ifadə ediblər.

Şikayətlə əlaqədar “Səba” broylerdən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, iş saatının çox olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir:

“Rəsmi şəkildə hər bir iş yerinin iş saatı var”.

Firma təmsilçisi qeyd edib ki, maaşların gecikməsi ilə bağlı deyilənlər qarayaxma ola bilər:

“Şabranda müəssisədə o qədər də adam çalışmır. Müəssisədə demək olar ki, qablaşdırma sahəsində bir neçə işçi var. Qalanı podratçılardır. Onlarla müqavilə əsasında işləyirik. Başa düşə bilmirəm ki, bu şikayət haradandır? Bizim Şabranda 2000-3000 işçimiz yoxdur ki, şikayət eləsin. Bu baxımdan şikayət qarayaxma xarakterli ola bilər”.

"SƏBA" Açıq Səhmdar Cəmiyyətindən həmçinin qeyd edilib ki, maaşların gecikməsi ilə bağlı deyilənlər araşdırıldıqdan sonra cavab veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru