“Azərsu” abonentlərə müraciət edib

31-01-2021, 19:10           
“Azərsu” abonentlərə müraciət edib
Anar Cəbrayıllı: “Hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”

“Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.

AYNA xəbər verir ki, bu sözləri "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

“Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür”, - deyə "Azərsu" rəsmisi qeyd edib.

Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.