Sabahdan suyun qiyməti 100 faiz bahalaşır - Qubad İbadoğlu yazır

31-01-2021, 19:40           
Sabahdan suyun qiyməti 100 faiz  bahalaşır - Qubad İbadoğlu yazır
Tarif Şurası 1 fevraldan əhali üçün içməli suyun qiymətini 2 dəfə artırıb. Sabahdan Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayon sakinləri üçün suyun 1 kubmetrinin qiymət 35 deyil, 70 qəpik olacaq.
Tarif Şurasının bildirir ki, respublikanın ​​digər ərazilərin əhalisi üçün bir kubmetr suyun qıymətinin 60 qəpik olacağı bildirilir. Qeyri-əhali abunəçiləri üçün suyun 1 kubmetrinin qiyməti 1 manat səviyyəsində qalıb.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazır.
Daha sonra Qubad İbadoğlu yazır ki, bununla yanaşı, sabahdan əhali üçün kanalizasiya xidmətlərinin qiyməti də 15 qəpikdən 30 qəpiyə qaldırılıb.
P.S. Bu qiymət artımı özəlləşdirməyə hazırlıqla əlaqədardır. Xatırlayırsınısa, hələ benzinin və dizen yanacağının qiyməti bahalaşanda mən digər kommunal xidmətlərin suyun, elektrik enerjisinin və qazın, nəqliyyatda, metroda gediş haqqının, çörəyin də qiymətinin mərhələləi bahalaşacağını proqnizlaşdırırdım. Odur ki, bu da son deyil.
P.P.S. Məlumat üçün qeyd edim ki, “Azərsu” ASC Bakının Nərimanov rayonundakı 204 milyon manatlıq yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin görülməsi üçün tenderin qalibi “Az-Mep Group” MMC-yə 10,533 milyon manat ödənilməlidir. Görünür ki, yeni binanın tamamlama işləri, komplektləşdirilməsi (mebel təchizatı və s.) əhalinin hesabına ödəniləcək.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.