“Azərsu” ASC metri 100 manatdan boru alır – Tender oyunları

1-02-2021, 21:02           
“Azərsu” ASC metri 100 manatdan boru alır –
“Azərsu” ASC polietilen borunun satınalınması müsabiqəsinə yekun vurub.
Reportyor.info xəbər verir ki, 97 min 940 manat məbləğində olan tenderin qalibi “Plastcon Group” MMC olub.

Tenderin şərtlərinə görə, MMC 1000 metr polietilen/ PE100/d 450/10atm şərtlərinə cavab verən boru satacaq, – yəni metri 97 manat 94 qəpiyə.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Svetlana Məmmədova, ev 55 ünvanında qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 manatdır.
2017-ci ilin iyun ayında yaradılan şirkətin fəaliyyəti ilə bağlı internet resurslarında məlumat yoxdur. Yalnız şirkətin keçən il Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat köçürdüyü internet resurslarında əksini tapıb.
Şirkət indiyə kimi dövlət satınalmalarında qalib olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru