"Onun deputatla belə danışmağa nə ixtiyarı var?" - Millət vəkili BNA rəhbərindən şikayət etdi

1-02-2021, 22:19           
"Onun deputatla belə danışmağa nə ixtiyarı var?" -
“Mən neçə ildir ki, deputatam. Ancaq heç vaxt görməmişəm ki, dövlət qurumunun rəhbəri deputatla belə danışsın”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

“Mən avtomobillə yolla gedirdim. Bir də gördüm ki, mənə zəng gəlir. Açdım və telefonda mənə BNA-nın rəhbəri Vüsal Kərimli dedi ki, Rüfət, sənin mənlə problemin var, ya mənim qurumumla? Bir dövlət qurumunun rəhbərinin deputatla belə danışmağa nə ixtiyarı var? Mən bu məsələ ilə bağlı hörmətli Sədr (Milli Məclisin Sədri Sahibə Qafarova nəzərdə tutulur - "Report") sizə də müraciət etmişəm. Buna son qoyulmalıdır”, - deputat əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru