“Aptek işçisi dedi ki, elə sizin kimilər ölsə yaxşıdır”
7-02-2016, 15:57
78 manat aldıqları dərmanlar üçün digər aptekdə 59 manat dedilər
Son vaxtlarda dərman qiymətləri ilə bağlı sosial şəbəkələrdə çoxsaylı narazılıqlar var. Vətəndaşlar eyni dərman pereparatlarının ayrı-ayrı apteklərdə müxtəlif qiymətlərə satıldığını bildirirlər. Bəzən bu qiymətlər arasındakı fərq çox böyük olur. Sumqayıt sakini Cəvahir Əsədova da Bizimyol.info saytına müraciət edərək, eyni vəziyyətlə rastlaşdığını deyir. O bildirir ki, fevralın 3-də Sumqayıtdakı Nizami heykəlinin yaxınlığında yerləşən “Zeytun Aptek”ə girərərək, resepti hesabladıb. “Hesablatdım ki, pulum çatsa alım. Hesablayaraq, 78 AZN olduğunu dedi. Ağrım çox olduğu üçün başqa aptekə getməyə halım yox idi. Həmin aptekdən dərmanları aldım. Amma sabahı gün başa aptekdə yoxlatdım və cəmi 59 AZN etdiyini dedilır. Yenidən “Zeytun Aptek”ə gedərək hansı səbəbdən bu qədər fərq yarandığını soruşduqda isə dedilər ki, biz belə satırıq. Aptek işçisi dedi ki, gedin hara istəyirsiniz şikayət edin, biz heç kimdən qorxmuruq, sizin kimiləri elə ölsə yaxşıdır, heç birinizə yaxşılıq yoxdur. Bu sözləri deyənlər kimə arxayındırlarsa bilmirəm” – deyən C.Əsədova bildirib ki, qarşılaşdığı vəziyyətlə bağlı qaynar xəttə zəng etsə də, zənginə cavam verilməyib.
teref.az olaraq bu gün apteklərdə baş verən özbaşınılıqlarla bağlı biz dəfələrlə yazmışıq. Heç də hörmətli Səhiyyə Nazirimizin dediyi kimi dərman qiymətləri nəzarətdə deyil. Hörmətli Oqtay müəllim dərman qiymətləri həqiqətən nəzarətdən çıxıb. Elə dərmanlar var ki, onlıar 9 dəfə, bəli 9 dəfə bahalaşıb.
Buyurun dünənə qədər 1 manata satılan "Nitrofungin" 9 manata, 20 qəpiyə olan "Senadeksin" həblri 44 qəpiyə satılır və kimlərə isə arxalanan dərman depoları belə davam edəcəyini bildirirlər.
teref.az.