Rövşən Əkbərovun işdən çıxarılan dostu, general Xəqani Cəbrayılovun milyonluq biznes SİYAHISI

10-02-2021, 16:42           
Rövşən Əkbərovun işdən çıxarılan dostu, general Xəqani Cəbrayılovun milyonluq biznes SİYAHISI
Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.

Teref.az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.

Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:

— Sumqayıt şəhərində restoran, kafe və marketləri;

— Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;

— Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;

— Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;

— Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.

Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.