Neftin qiymətlərinin aşağı olması səbəbindən dünya üzrə 250 min neftçi işsiz qala bilər.
Trend-in verdiyi məlumata görə, bu barədə Venesuelanın PDVSA şirkətinin strategiya üzrə direktoru Serhio Antonio Tovar bəyan edib.
Onun sözlərinə görə, aşağı qiymətlər sahəyə əsaslı qoyuluşların azalmasına və işçilərin ixtisarına gətirib çıxarır: "Neft sahəsində çalışan 250 min və ya daha çox insan işini itirəcək".
S.Tovar hesab edir ki, neftin aşağı qiymətlər dövrü çox davam etməyəcək və "qara qızıl"a tələb-təklif balansının bərpasından sonra başa çatacaq.