Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin sədri 30 000 necə "yeyib" - ŞİKAYƏT
11-02-2016, 04:59
teref.aznun elektron poçtuna Zaqatala rayonunun Bəhmətli kəndindən şikayət daxil olub. Kənd bələdiyyəsinin korrupsiya əməllərindən şikayət edən Gülbənd xanımın şikayət məktubunu sizə təqdim edirik:
Zaqatala rayonu Bəhmətli kənd sakini Durmuşova Gülbənd Mütəlif qızı tərəfindən
M Ü R A C İ Ə T
Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin sədri Nailə Qurbanova Dünya Bankı tərəfindən kənd yolunun təmiri üçün ayrılmış 30.000 manat pulu mənimsəmişdir.Belə ki, Bəhmətli kəndinin əkib-biçin üçün münbit torpaqları olsada suvarmaq üçün su olmadığından kənd camaatı torpaqları əkə bilmirlər. 2015-ci ilin sentyabr ayı tarixində kənd mədəniyyət evində keçirilən iclas zamanı su probleminin həll edilməsi üçün Alazan çayından kəndə suyun çəkilməsi məsələsi qaldırılsada bələdiyyə sədri Nailə Qurbanovanın təkidi ilə su problemi arxa plana keçirildi və 8 km uzunluğunda olan yolun təmiri məsələsinə baxıldı.Dünya Bankının ayırdığı 30.000 manat puluda yol təmir edilməsi adı ilə bələdiyyə sədri Nailə Qurbanova mənimsədi. 8 km yola isə cəmi 7-8 maşın çınqıl və müəyyən hissəsinə isə tullantı daş-kəsək səpilməklə işlərini bitmiş hesab etdilər.30.000 manatlıq işin icrasınıda bələdiyyə sədrinin həyat yoldaşı Qüdrət Kiçikov həyata keçirirdi.30.000 manat pul ayrılmış təmir işinə 7-8 maşın çınqılın istifadə etməklə qalan pulun mənimsənilməsi cinayət əməlidir.Hazırda isə həmin yol tamamilə bərbad vəziyyətdədir.Kəndin mal-qara otarmaq üçün örüş torpaqları yoxdur ki, hamısını bələdiyyə sədri Nailə Qurbanova icarəyə verib pul qazanmaqla məşğuldur.Bəhmətli kənd camaatı həmişə maldarlıqla, taxılçılıqla, qarğıdalı, tütün əkməklə məşğul olub .Ancaq indi bələdiyyə sədri Nailə Qurbanovanın qanunsuz fəaliyyəti nəticəsində Bəhmətli kəndində təsərüfat iflic olmuşdu.Dünya Bankının ayırdığı 30.000 manat pulun bələdiyə sədri Nailə Qurbanova tərəfindən mənimsəməsi faktı barədə Prezidentə şikayət ərizəsi ilə müraciət etmişik. İnanırıq ki, bu talançılıq faktı ciddi araşdırılıb tədbirlər görüləcək. Prezident cənab İlham Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsi üçün müvafiq sərəncamlar, tapşırıqlar versədə Zaqatala rayonunda bunlara əməl olunmur.Mən Bəhmətli kənd icma qrupunun üzvü kimi Prezident cənab İlham Əliyevdən xahiş edirəm göstərdiyim faktların yerində araşdırılıb təcili tədbirlər görülməsinə tapşırıq verəsiniz.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!