Qoşqar Təhməzliyə qarşı QƏSSAB ÜSYANI… – Görünəni budur ki…

6-03-2021, 00:58           
Qoşqar Təhməzliyə qarşı QƏSSAB ÜSYANI… –
AQTA-nın absurd qərarı əhalinin ətlə təminatını ciddi sual altına alıb.

Teref.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) heyvanların xüsusi kəsim məntəqələrində kəsilməsi ilə bağlı tələbi ət bazarını çökdürməkdədir.

Qeyd edək ki, AQTA-nın qərarına əsasən, kəsim məntəqələrində kəsilən heyvanın çəkisinin hər kiloqramına görə 1 manat ödənilməlidir. Qəssablər isə bu qərarla razı deyillər.

Çünki belə olduqda, hər kiloqram ət üçün üçün 1 manat ödəməkdən əlavə, heyvanların kəsim məntəqəsinə aparılması və oradan geri gətirilməsi də əlavə xərc yaradır. Bu isə təbii qiymət artımına gətirib çıxaracaq.

Görünən budur ki, AQTA rəhbəri Qorxmaz Təhməzlinin xalqın vəziyyətini yox, öz cibini düşünməsi ölkədə ət böhranının yaranmasına səbəb olacaq.

AQTA-nən məlum qərarı ilə razılaşmayan qəssablər bildirirlər ki, ətin qiyməti bahalaşsa, sosial durumu pisləşən əhali bundan çox əziyyət çəkəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru