"Azersun" xımır-xımır qiyməti qaldırır... - Özü də 60 faiz...
11-02-2016, 21:44
Manatın son zərbəsinin ardından ölkədə bir bahalaşma bumu yaşandı. Doğrudur, rəsmi Bakının müdaxiləsi nəticəsində sözügedən proses müəyyən qədər durduruldu. Amma yenə də az qala gizli şəkildə cərəyan edən bir bahalaşmanı müşahidə etməkdəyik. Acınacaqlı orasıdır ki, daha çox qiymət qaldıranlar elə dünənə qədər yerli istehsal məhsulu kimi təqdim olunanlardır.
DİA.AZ bildirir ki, bu əsnada xüsusi olaraq fərqlənəni "Azərsun"dur. Belə ki, bu şirkətin məhsulları günü-gündən və özü də az qala məxfi qaydada artmaqdadır.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, konkret olaraq bu firmanın məhsulları təkcə son bir ay ərzində 60 faizə qədər artıbdır.
Onu da qeyd edək ki, İqtsadiyyat Nazirliyi davamlı olaraq bu kimi hallara qarşı mübarizə apardığını bəyan edir. Amma nədənsə çox hörmətli Abdolbari Goozal bəyin bahalaşmaya verdiyi "töhfələr" nəzərdən yayınır...