Provayderlər müştəriləri belə aldadır (VİDEO)
12-02-2016, 00:11
Müştəri provayderə aylıq pul ödəyir, ancaq müqavilədə nəzərdə tutulan sürətdə interneti ala bilmir
Bəzi provayderlər istifadəçilərə müqavilədə göstərilən sürətdən aşağı internet verirlər. Məsələn, aylıq 20 manata 8 meqabit/saniyə internet sürəti vəd edirlərsə, istifadə zamanı sürət aşağı olur. Yəni müştərilər aldadılır. Bəs səbəb və çıxış yolu nədir?
Müştəri provayderə aylıq pul ödəyir, ancaq müqavilədə nəzərdə tutulan sürətdə interneti ala bilmir.
Bəzi provayderlər müştəriləri belə aldadır. İstifadə zamanı sürətin heç də vəd edilən səviyyədə olmadığı məlum olur.
Ekspertlər bildirirlər ki, bir çox ölkədə provayderlər internet xidməti təklif edərkən əvvəlcədən 1 ay və ya 40 gün sınaq müddəti verir. Müştəri razı qalmadıqda ödəniş etmədən başqa provayderlərə müraciət edə bilir. Azərbaycanda isə provayderdən narazı qalanlar xidmətdən imtina etdikdə bəzi problemlərlə qarşılaşırlar.
Provayderlər isə problemlərin istifadəçilərdən qaynaqlandıqlarını bildirirlər.
Provayderlərin vəd etdikləri sürətdə internet əldə edə bilməyənlər Rabitə və Yüksək Texnologiyalar, eləcə də İqtisadiyyat nazirliklərinin nəzdindəki müvafiq idarələrə şikayət də edə bilərlər. /Xezerxeber.com/