Qusarda camaatın torpağını kim zəbt edib? - Prezidentə müraciət olundu

4-05-2021, 09:19           
 Qusarda camaatın torpağını kim zəbt edib? -
Qusar rayonu, Zindan-Muruq kəndində yaşayan sakinlər Əliağa Qromov, İsabalayev Xanbala tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Kəndimizin yaxınlığındakı dağətəyi olan yerli bələdiyyə torpaqlarının demək olar ki. hamısını qanunsuz olaraq 2 yüksək vəzifəli məmurların çobanları zəbt edib biz yerli sakinlərə imkan vermirlər ki, hər bir kənd sakininə aid olan 3-4 baş mal və 20-30 qoyun saxlayırıq. Bizə imkan verməyən bu məmurların hərəsinin 2000 baş qoyunu, 200 baş iribuynuzlu mal qarası vardır. Məmurlardan biri Qurbanov Yaşar Feyzi oğludur.

Deyilənə görə “Meqa Sığorta” nın Direktorlar Şurasının sədridir. Digər məmur isə Kiçik Sahibkarla iş üzrə Baş İdarədə Vergi ödəyicililəri uçotu idarəsinin rəisidir. Hər ikisi Qobustan rayonun Təklə kəndidndəndirlər. Onların mal-qoyunundan biz yerli örüşdən və bələdiyyə torpaqlarında heyvandarlıqla məşğul ola bilmirik. Bu məmurlar heç bir qanunçuluğa da əməl etmirlər. Yerimizdə gəlib at oynadan bu iri məmurlar 5000 baş heyvanlarını illər uzunu otarmaları üçün hətta icarə müqavilələri də olmayıb. Dəfələrlə biz yerli camaat adından bələdiyyə icra nümayəndəsi və polisə şikayətlər edirik. Heç bir ölçü götürülmür. Yəni qorxurlar.

Ona görə də, Cənab Prezident, Sizə müraciət etmək zorunda qalmışıq ki, biz azsaylı xalqalra qarşı zorakılıq edərək otlaq sahələrimizi qanunsuz əlimizdən alan bu məmurlara “Dəmir Yumuruq” göstərin ki, biz də rahat nəfəs alaq, öz kəndimizdə ailəmizi dolandıra bilək. Çox sağ olun".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.