Ağsu İcra Hakimiyyəti yeni başçını "qəbul etmir" - FOTOFAKT

4-05-2021, 10:11           
 Ağsu İcra Hakimiyyəti yeni başçını "qəbul etmir" - FOTOFAKT
Ağsu İcra Hakimiyyətinin rəsmi saytında yeni təyin olunan başçının adı yoxdur.

"Ölkə.Az" xəbər verir ki, Rövşən Elmidar oğlu Bağırov aprelin 29-da sözügedən rayona yeni icra başçısı təyin edilib.

Onun təyinatından 5 gün keçməsinə baxmayaraq hələ də rəsmi saytda adı yer almayıb.

Xatırladaq ki, bundan əvvəl Ağsunun icra başçısı Vahid Tağıyev olub. O, ötən ilin noyabr ayında 59 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, İcra Hakimiyyətlərinin saytları qeyri-fəaliyyətliliyinə görə tez-tez tənqid olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru