Nikbin proqnozlar fonunda azalan rəqəmlər - Bu il Azərbaycanda iqtisadi artım baş verəcəkmi?

14-05-2021, 11:49           
Nikbin proqnozlar fonunda azalan rəqəmlər -
İlin birinci rübü ilə bağlı proqnozları dərc edilən beynəlxalq reytinq qurumlarının, eləcə də bankların hesabatlarında Azərbaycan üzrə nikbin göstəricilər yer alıb. Bu il pandemiya şəraitində baxmayaraq, proqnozlara görə, ölkəmizdə 3,2-4 faizlik ümumidaxili məhsul istehsalı proqnozlaşdırılıb.

Qeyd edək ki, Maliyyə Nazirliyinin 2021-ci il üzrə büdcə gözləntilərində də 3,4 faiz ÜDM artımı gözlənilir. Bəs, bu gözləntilər özünü doğruldacaqmı? İlin birinci rübü üzrə ümüdaxili məhsul istehsalı ilə vəziyyət necədir?

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirir ki, 2021-ci ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 18,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz az ümumi daxili məhsul istehsal edilib.

Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 7,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,1 faiz artıb.

Əlavə dəyərin 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində, 20,1 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-mart aylarında 11,0 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz az sənaye məhsulu istehsal edilib.

Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,9 faiz artıb.

Sənaye məhsulunun 63,7 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.