“Rövşən Rzayev dedi, sizi mən çıxardıram gedin kirayədə qalın, indi kiyarə pulunu verən yoxdur”

15-06-2021, 00:22           
“Rövşən Rzayev dedi, sizi mən çıxardıram gedin kirayədə qalın, indi kiyarə pulunu verən yoxdur”
Kirayə pullarının verilmədiyini iddia edən məcburi köçkünlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyaysı keçiriblər.

Teref.az xəbər verir ki, şikayətçi Ağdam şəhərindən olan məcburi köçkün Hüsenynova Raya deyir ki, 30 ilə yaxındır Bakı şəhəri Xəzər rayonunda yerləşən yataqxanada yaşayır: “Mənimlə birgə orada Zəngilan, Cəbrayıl, Laçın və Ağdamdan olan 14 ailə olurdu. Şikayət edəndən sonra icra hakimiyyətinin nümayəndələri və komitənin sədri Rövşən Rzayev bizi oradan çıxartdı. Mən Rövşən müəllimə dedim ki, olar biz çıxdığımız yerə qayıdaq. Dedi, yox, sizi mən çıxardıram gedin kirayədə qalın. Evlər hazır olanda sizi köçürdəcəyik Ramanaya. Biz də razılaşdıq. İndi də Rövşən Rzayevin müavininə zəng edirdik cavab vermirdi. Gəlmişik “Qaçkınkom”a burada da bir deyir oraya get, biri deyir buraya get. Şikayətimizə baxan yoxdur”.
Məsələ ilə bağlı “Qaçkınkom”un mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.(Mikroskop Media)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru