Kəlbəcərin 35 yaşlı icra başçısı vəzifəsilə vidalaşdı ?

15-06-2021, 07:49           
Kəlbəcərin 35 yaşlı icra başçısı vəzifəsilə vidalaşdı ?
Kəlbəcərin icra başçısı Azər Qocayevin vəzifədən azad edilmədi ilə bağlı NUH.az-a məlumat daxil olub.

Azər Qocayev Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Əslən Kəlbəcər rayonundandır. Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı şair Qurbanın nəslindəndir.

Cəmi 1 il icra baçısı olan Azər Qocayevin vəzifədən azad olumasının səbəbi çox müəmmalıdır.

Məlumdur ki, icra başçıları əsasən kiminsə təqdimatı ilə təyin olunur, yəni icra başçılarının "kuratoru" olur.

Və qərarı da çox zaman "kurator"lar verir. "Kurator"la münasibəti düzgün qura bilməyən icra başçıları vəzifəsilə vidalaşmağa məhkumdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.