Yevlax məktəbində BİABIRÇILIQ! Başımızın üstünə yazılan yazı ayaqlar altında - FOTO FAKT

15-06-2021, 11:18           
Yevlax məktəbində BİABIRÇILIQ!
Dünən Yevlaxda keçirilən Son Zəng tədbiri biabırçı mənzərə ilə yadda qalıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Hadisə Yevlax şəhər 7 nömrəli tam orta məktəbdə baş verib. Belə ki, 44 günlük müharibənin simvolu olan "Xarı Bülbül" və "Qarabağ Azərbaycandır!" yazısı məktəb şagirdlərinin ayaqları altına həkk edilib. "Xarı Bülbül" üçün minlərlə şəhid verən Azərbaycan xalqı tərəfindən görüntülər xoş qarşılanmayıb.


Məsələ ilə rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışsaqda telefonlarımıza cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, 7 nömrəli məktəbin direktoru Ülviyyə Ağayevadır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru