Bakıda yerləşən bu parkda insanların həyatı üçün təhlükə var - VİDEO

16-06-2021, 10:46           
Bakıda yerləşən bu parkda insanların həyatı üçün təhlükə var - VİDEO
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən parkda insanların həyatı üçün təhlükəli vəziyyət yaranıb.

Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər hər gün gəldikləri parkın şəraitindən narazıdırlar.

Onlar bildirirlər ki, dəfələrlə parkın taxtası çıxmış oturacaqları, qəzalı əyləncə vasitələri və sınmış zibil qabları ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Lakin heç nə dəyişməyib.

Parkdakı təhlükəli vəziyyət yalnız əyləncə vasitələri ilə bağlı deyil. Ərazidən keçən elektrik naqilinin yaydığı cərəyanı uşaqlar dəfələrlə atraksionda hiss ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaxın vaxtlarda parkda yenilənmə işləri görüləcək və bu zaman mövcud çatışmazlıqlar aradan qaldırılacaq. Parkın ərazisindən keçən elektrik naqili ilə bağlı isə "Azərişıq"dan "Xəzər Xəbər"ə bildirilib ki, problem araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru