AVRO-2020-yə baxmaq üçün yerimizə seçim edirlər — TRT1-ə "yox", "Rossiya1"ə "hə"...

21-06-2021, 07:26           
AVRO-2020-yə baxmaq üçün yerimizə seçim edirlər —
Futbol üzrə Avropa Çempionatında qrup mərhələsinin oyunları davam edir.

Demokrat.az-ın xəbərinə görə, qitə yarışı başlayan vaxtdan artıq 10 gün keçib. İlk günlər yerli kanallardan yayım hüququna malik "İdman Azərbaycan" və İctimai TV azarkeşlərin matçları izləməsi canlı yayımlar verməyə başladı. Onlarla paralel Türkiyənin TRT1 və Rusiyanın "Rossiya1" telekanalları da futbolsevərləri ekran başına toplayaraq, qarşılaşmaları canlı olaraq təqdim edirdilər.

Müşahidələr onu göstərir ki, son günlər oyuna dəqiqələr qala Azərbaycanda Türkiyənin TRT1 telekanalından futbola baxmağa imkan yaradılmır. Azarkeşlərə seçim tanımaq əvəzinə, yayım kəsilir və insanları yerli və ya Rusiya kanallarını izləməyə məcbur edirlər. Bununla da, "Televiziya və radio yayımı haqqında" Qanunun müvafiq maddəsində göstərilmiş bənd pozulur.


Qeyd edək ki, Qanunun 11 maddəsinin 4.6. bəndində deyilir:

"Zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsilə yayımı üçün icazə verir".

Digər maraqlı məqam ondan ibarətdir ki, TRT1-in yayımı kəsildiyi halda, Rusiyanın "Rossiya1" və "Futbol1" telekanalları Azərbaycan ərazisində öz canlı yayımları rahatlıqla apara bilirlər.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.