Astarada KİMLƏR HƏBS OLUNACAQ? - İDDİA

21-06-2021, 11:00           
 Astarada KİMLƏR HƏBS OLUNACAQ? - İDDİA
Son günlər Astarada icra başçısı Qəzənfər Ağayevlə bağlı müəyyən gəlişmələr cərəyan etməkdədir və DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, artıq "yolun sonuna" yaxınlaşıdğını hiss edən Astara Xanı əməlli-başlı təlaş içindədir.

Bu barədə dia.az-a danışan mənbə iddia edir ki, Qəzənfər Ağayev rayondakı əmlakını təcili surətdə satışa çıxarıb ki, bu də diqqətlərdən yayınmayıb. Mənbənin söylədikləri: "Haqlı olaraq belə bir qənaət var ki, Qəzənfər Ağayev üçün yolun sonudur. Hər halda illərdir Astaranı talayan Ağayevin təkrarən hansısa rəhbər posta gətiriləcəyi gözlənilən deyil. Daha çox ehtimal olunanı həbsidir ki, bu səbəbdən də başçı tədarük içindədir..."

Onu da qeyd edək ki, Qəzənfər Ağayevlə yanaşı daha bir neçə vəzifəli şəxsin də təlaş içində olduğu Astaradan gələn xəbərlər içindədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.