Vətəndaş Daxili İşlər Naziri Vilayət Eyvazova şikayətləndi:" Kömək edin cənab Nazir"

22-06-2021, 08:54           
Vətəndaş Daxili İşlər Naziri Vilayət Eyvazova şikayətləndi:" Kömək edin cənab Nazir"
Teref.az xəbər verir ki, vətəndaş polis kapitanı tərəfindən aldadıldığını iddia edərək DİN-ə müraciət ünvanlayıb. Müraciətin bir surətidə Teref.az sayıtının poçtuna daxil olub. müraciətdə yazılıb:
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

Abşeron rayonu Qobu qəsəbəsi Q.Qarayev küçəsi ev 30 sakini Məmmədov Kamran Vahid oğlu tərəfindən
ŞİKAYƏT
Cənab Nazir bu şikayətimdə Sizə bildirirəm ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı polis kapitanı Ruslan Mehdiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənə məxsus "Niva" markalı 99 EU 640 nömrəli avtomobilimi ələ keçirib yoxa çıxarmışdır.Hansı ki, həmin avtomobili mən "Nikol" Bankdan kredit yolu ilə almışam.
Həmin avtomobili 2013-cü il tarixdə satan zaman Bankın kredit sənədlərini həmin adama sənədləşdirməyi unutmuşam. Bundan sonra həmin Niva markalı 99 EU 640 nömrəli avtomobil müxtəlif adamlara satılıb.Axrıncı dəfə həmin avtomobili Mehdiyev Tural İsmayıl oğlu Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı polis kapitanı Ruslan Mehdiyevə satıb ki, bütün bunlar sitemdə qeyd edilib.
Mən polis kapitanı Ruslan Mehdiyevə avtomobilin Bank kredit sənədlərini qəbul etməyi və ya pulunu alıb gətirib özümə qaytarmağı xahiş etsəmdə o avtomobili İlkin adlı xalası oğluna satdığını yalandan bildirir. Ancaq İlkin isə bundan imtina edir. Sonradan mənə məlum olub ki, polis kapitanı Ruslan Mehdiyev həmin avtomobilin üzərinə başqa nömrə bağlayıb idarə edir.
"Nikol" Bank isə məndən həmin avtomobili tələb edir.
Mən fikirləçməzdim ki, polis zabiti belə bir qanunsuzluğa yol verib dələduzluqla məşğul olsun.Mən polis zabitindən xahiş edirəm ki, gəlsin həmin avtomobili adına rəsmiləşdirsin avtomobil bankda kreditdədir.Buna baxmayaraq o dələduzluq yolu ilə məni aldadıb qanunsuzluq edir.
Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluğa yol verən dəldəzluq edən Şamaxı Rayon Polis Şöbəsinin kapitanı Ruslan Mehdiyevin barəsində qanunu tədbir görsün.
Əlaqə telefonu; 077 383-53-63












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.