Mərdəkanda Abşeron sanotoriyası rüşvət yuvasıdır... - ŞİKAYƏT

23-06-2021, 09:26           
Mərdəkanda Abşeron sanotoriyası rüşvət yuvasıdır... - ŞİKAYƏT
Mərdəkanda Abşeron sanotoriyasında müalicə alan xəstələrdən Əmir Orucov “Gözətçi”yə göndərdiyi şikayətdə iddia edib ki, sanatoriyada xəstələri qarşılayan hər bir işçi onlardan rüşvət istəyir.

“Sanatoriyada olan xəstələrin hər biri buraya 960 manatlıq putyovka ilə gəlir. Buna baxmayaraq, sanatoriyanın müalicə korpusunda xəstələri müayinə edən həkimin yazdığı müalicələri icra edən tibb bacılarının hər birinin öz hesabı var. Bu hesab hər tibb bacısının icra etdiyi müalicələrə görə 10 manatdan 35 manata qədər dəyişir”.

Şikayətçi deyir ki, sanatoriyanın otaqlarında təmizlik işləri də vaxtı-vaxtında aparılmır.

“İsti su daimi deyil, günün müəyyən saatlarında verilir, bəzən isə heç verilmir. Hamamda duş da zəif işləyir. Bəzi otaqlarda soyuducu, bütün otaqlarda isə televizor işləmir. Sanatoriyanın həyətində küçə itləri, yataq otaqlarında isə tarakanlar, qarışqalar, bəzən də siçanlar xəstələri narahat edir”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.