Optimal Elektronics-dən daha bir şikayət - Bu dəfə işə götürən qısmində - İDDİA

25-06-2021, 07:50           
Optimal Elektronics-dən daha bir şikayət - Bu dəfə işə götürən qısmində - İDDİA
Salam sizə şikayətim Optimal Elektronics-dəndir. Deməli mən bir çox eleltronika mağazalar şəbəkəsinə satış məsləhətçisi vəzifəsinə CV qoymuşam. Dünən telefonum qıraqda idi 055 202 69 52 nömrəsindən 2 dəfə zəng gəldiyini gördüm.
Teref.az-a göndərdiyi şikayətinti İlkin Məmmədkərimov bu sözlərlə başlayır. Daha sonra şikayətçi yazır:
Təbii mən zəngin kimdən gəldiyini bilmədim 2 dəfə geri zəng etdim adboy verildi nömrəni kontaktıma saldım hər hansısa bir messencer hesabının olub-olmamasını bilmək üçün gördüm nömrənin Whatsapp hesabı var. Whatsapp hesabından mənə zəng edən nömrənin Optimal Elektronics-in İnsan Resurslarından olduğunu gördüm. Whatsapp-da "Bağışlayın bu nömrədən mənə 2 dəfə zəng etmisiniz geri yığdım adboy verdiz nə ilə bağlı idi?" yazdım bir neçə dəqiqə sonra gördüm oxuyub heç bir cavab verilmədi. Mən təkrar "Mənə 2 dəfə zəng etmisiniz geri yığdım adboy verirsiz nə ilə bağlı zəng etmisiz deyə mesaj yazıram oxuyub heç bir cavab vermirsiniz Whatsapp profilinizdən belə başa düşdüm ki, Optimal Elektronics-in İnsan Resurslarıdır sadəcə bu nə deməkdir onu başa düşmədim" yazdım. Bir neçə dəqiqə sonra "Bu o deməkdir ki, hazırda iş saatı bitib sabah sizinlə əlaqə saxlanılacaq" cavab mesajı gəldi. Saat 20:06 idi birincisi onlarla Elektronika mağazalar şəbəkəsi var hər şirkətində öz iş qrafiki var ikincisə mən sizin kim olduğunuzu hardan bilim? yalnız dediyim kimi Whatsapp profilinizdən anladım ki, Optimal şirkətindənsiniz. Bu gün vəd etdikləri kimi gözlədim lakin heç kim əlaqə saxlamadı. Whatsapp-a girdikdə isə nömrəmin blok olunduğunu gördüm. Ümumiyyətlə mən indiyədək bir neçə Elektronika şəbəkələrində müsahibələrdə iştirak etmişəm bu şirkətlərin insanlara necə yuxarıdan aşağı baxdığını gözəl bilirəm. Sadəcə Optimal Electronics-in insanı rəsmən ələ salmağı bu azmış kimi tərbiyəsizcəsinə nömrəmi blok etməsi nə deməkdir onu anlaya bilmirəm. Bir insanı qoyduğu CV-yə uyğun ya normal şəkildə müsahibəyə dəvət edin yada ümumiyyətlə işə çağırmayın. Onsuzda gecə-gündüz insanları min bir fırıldaqlarla(yararsız məhsul satmaq, yalan kredit və kampaniyalarla) aldatmağınız azmış kimi birdə insanların işsizlikdən əziyyət çəkməsindən istifadə edib əzməyin. Sizə ona görə şikayət edirəm ki, bəlkə Elektronika mağazaları insanlara yuxarıdan aşağı baxmağa son qoysun. Sağolun.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.