Zaqatalada iki bələdiyyə birləşdi... BİRİNİN PULU YOXA ÇIXDI... - NARAZILIQ!

25-06-2021, 10:24           
Zaqatalada iki bələdiyyə birləşdi... BİRİNİN PULU YOXA ÇIXDI... - NARAZILIQ!
Hər il bələdiyyələrə dövlət tərəfindən dotasiya ayrılması nəzərdə tutulur. Ötən ildən başlayaraq isə əlavə olaraq subvensiya da verilməyə başlanılıb. Lakin bu dotasiyanın verilməsində ləngimə bələdiyyələrdə narahatlıq yaratsada əsasən maliyyə vəsaitinin bölgüsündə də müəyyən problemlərin olduğu deyilir.

Belediyye.infoya Zakatala rayonu Muxax bələdiyyəsindən daxil olan məlumat da bidlirilir ki, 10 minə yaxın əhalisi olan Muxax bələdiyyəsinə il ərzində 2600 manat dotasiya dövlət büdcəsindən verilir.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, 2014-cü ildə birləşən Muxax və Zəyəm bələdiyyələri birləşərək Muxax bələdiyyəsi yaradılmışdır. Ancaq ayrı olan zamanı Zəyəm bələdiyyəsinə ayrılan dotasiya nəyə görə bu gün Muxax bələdiyyəsinə verilmir. Bu məsələnin aidiyatı təşkilatlar qarşısında qaldırmağa ehtiyac var. Hər il Muxax bələdiyyəsinə 2600 manat, Zəyəm bələdiyyəsinə isə 1800 manat dotasiya ayrılırdı. Məlumat üçün bildirim ki Muxax bələdiyyəsi Zəyəm bələdiyyəsindən 11 dəfə böyükdür.

P.S. Hər halda ciddi məsələ olduğundan mövzunu diqqətdə saxlayacağıq.

Belediyye.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.