Mərkəzdə gizli hamam aşkarlandı- Kimnə karantin, kminə qazanc mənbəyi...VİDEO

25-06-2021, 23:54           
Mərkəzdə gizli hamam aşkarlandı-
Xatırladaq ki, bir müddət bundan əvvəl Bakının masaj salonları və hamamları araşdırılırdı. Onların lisensiyasız işləyib-işləmədiyi, əxlaqsızlıq yuvası olub-olmadığı öyrənilirdi. Onların arasında qanunsuz fəaliyyət göstərən və qarşısında heç bir lövhəsi, adı olmayan yerlər müəyyən edilmişdi. Hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi reydlər karantin rejimində bir qədər başqa formada həyata keçirilməyə başladı.

Qafqaz.tv-yə verilən məlumata görə, Bakı şəhərində Yasamal rayon Polis İdarəsinin ərazisindəki hamamın da sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Murtuza Muxtarov küçəsində yerləşən bu hamamın karantin rejimi başlayan gündən görüntü yaratmaq xatirinə ətrafını təmir adıyla bağlayıblar. Amma əslində orda heç bir təmir getmir. Tanıdıqları müştəriləri telefon zəngləriylə qəbul edən oranı işlədən Yusif və qardaşı heç bir qanunları saymayaraq işləməkdədirlər. Yasamal polisi isə qardaşlardan aldıqlarının müqabilində ora gələnlərə 211-ci maddə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib etmək əvəzinə, onlara fəaliyyətlərində köməklik edirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.