Xaçmaz bağçalarındakı evtrof bataqlığı – ARAŞDIRMA

28-06-2021, 00:08           
Xaçmaz bağçalarındakı evtrof bataqlığı – ARAŞDIRMA
Bu gün Xaçmaz rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bağçaların hamısı dövlət hesablıdır. Amma dövlət vəsaiti hesabına maliyyələşən o müəssisələrin faəiyyətinə nəzər salanda adama elə gəlir ki, sanki kimlərsə dövlətin körpələrimiz üçün ayırdığı o pulları mənimsəyir və bu yoxsuzluğun nəticələrini valideynlər çəkməli olur. Bu gün Xaçmazda bir uşağın bağçaya qəbul edilməsi üçün 100-250 manat vəsait tələb olunur. Bu pullar hara gedir?

Qeyri-qanuni yığılan həmin vəsaitlərin kimlərin sifarişi və tələbi ilə toplanması məlum deyil. Amma bu qanunsuz əməllərin eynilə bütün məktəbəqədər təhsil müəssisələrində müşahidə edilməsi, bu çirkin əməllərin vahid mərkəzdən idarə olunduğu anlamına gəlir. Bağçalardakı qiymətlər yerləşdiyi məkandan və bağçanın inzibati binasının vəziyyətinə uyğun olaraq dəyişir. Bu baxımdan ədalətlilik prinsiplərinə mütləq şəkildə riayət edilir. Mərkəzdən uzaqlaşdıqca qiymətlər də aşağı düşür. Mərkəzə yaxınlaşdıqca isə qiymətlər qalxır.

Bundan başqa hər uşağın bir aylıq bağçada qalması üçün əlavə olaraq hər ay 10-15-20-30 manat pul toplanılır. Bu xırda vəsaitlər isə bağça müdirələrinin daxili imkanlarını təşkil edir və deyilənə görə ortaya çıxan kiçik çatımazlıqlar bu vəsait hesabına qarşılanır.

Bağçalara verilən qida məhsullarının keyfiyyətindən və miqdarından, həmçinin o ərzaqların uşaq sayına görə tənzim olub-olmamasınından isə yaxın günlərdə bəhs edəcəyik. Bu isə evtrofun ən dərin bataqlığıdır.

7Times.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.