Bərdə bazarı niyə bu gündədir?

28-06-2021, 00:03           
Bərdə bazarı niyə bu gündədir?
Azərbaycanın ən böyük mal bazarlarından biri olan Bərdə Mal bazarı çox acınacaqlı vəziyyətdədir.
Bazarda yığılan pullar kimlərin cibinə gedir,bilinmir. Baxımsızlıq ucbatından bərbad halda olan bazar heç bir şəxsin ürəyincə deyil. Buna baxmayaraq,
bazara daxil olan maşınlardan, boş dolu olmasına baxmayaraq giriş haqqı 5 manat pul alınır.
Böyük avtonəqliyyatlarda (kamazlarda)bu məbləğ daha da artır.
Bazardan çıxan hər iribuynuzlu və xırdabuynuzlu heyvanlara görə, (iribuynuzlular 2 manat xırdabuynuzlular isə 1 manat) əlavə ödəniş alınır.Qeyd edim ki,bunun qarşılığında heç bir qəbz verilmir.
Bazarın aylıq ortalama gəliri 250.000 manat civarındadır.
Bu məbləğ qarşılığında isə bazarda heç bir şərait tədbiri görülmür.. Toz torpaq və çirkab içində olan bazar, qış fəslində isə palçıq əlindən yerimək mümkün olmur.
250.000 manatdan dövlət büdcəsinə köçürülən pul haqqında isə heç bir məlumat yoxdur.
Bazarın qapılarında pul yığımı işinə baxanlar isə xüsusi olaraq seçilir; Vətəndaşlarla kobud rəftar edir, bəzən bu davranışların axırı isə dava ilə nəticələnir. Əsas məsələ bazardan yığılan bu qədər pulun nə hesabatını verən var, nə də soran?axh.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.