Əhmədzadənin 40 min tonluq ambarını su ilə doldurmaq üçün kəndi susuz qoyurlar - İTTİHAM\VİDEO
28-06-2021, 00:12
Teref.az xəbər veririr ki, müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli sosial şəbəkələrdə Qubanın Nüvədi kəndində Əhmədzadənin şəxsi 40 min tonluq ambarını su iə doldurmaq üçün kəndin əkin sahələrinə gedən suyun qabağını kəsdiyi ilə bağlı video paylaşıb. Cəmil Məmmədli yazır: "Diqqətlə baxın. Quba rayonu, Birinci Nügədi kəndinə gedən suyu kəsib, Əhməd Əhmədzadənin 40 min tonluq şəxsi su anbarını doldururlar. 10 minlərlə sakini olan, bağları, təsərrüfatı olan kəndə su vermirlər ki, nə var, nə var, möhtərəm "susayıb"... Bir-iki nəfər də oturub orda, camaat suyun üstünə gələndə hədə-qorxu gəlirlər... Biyabırçılıqdı. Yazıq kəndlini belə günə qoyurlar ki, məcbur olub torpağını da belə məmurlara satsın. Söz tapa bilmirəm... Diqqətlə baxın: ağların və qaraların yaşayışını tərənnüm edən kadrlardır..." Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq! Teref.az