ETİRAZ!!44 gün savaş zamanı ölümə gedən bu oğullar MN-dən nə istəyir - Nasosnu briqadasına niyə belə sayqısızlıq olub VİDEO

29-06-2021, 16:45           
ETİRAZ!!44 gün savaş zamanı ölümə gedən bu oğullar MN-dən nə istəyir - Nasosnu briqadasına niyə belə sayqısızlıq olub VİDEO
Teref.az xəbər verir ki, bu gün yenədə bir qrup 44 günlük müharibədə savaşan hərbi qulluqcu (zabit, kiçik zabit və əskərlər) Müdafiə Nazirliyinin qarşısına yığışıb etirazlarını bildirirdilər. Əsasən 4-cü korpusun Nasosnıda formalaşıb savaşa gedən briqadasının hərbiçilərindən olan etirazçılar sadəcə bilmək istəyirdilər nədən onlarön briqadası belə gözardına alınıb?
Nədən onların keçdiyi hərbi yol, azad etdikləri şəhərlərə görə təltif siyahılarndan tam bir briqadanın böyük əksıriyyəti çıxardılıb?
Briqadanın Fizulidən başlayan savaş yolu Xocavənd, Hadrut, Cəbrayıldan sonra Laçında başa çatıb. Bu yolda onlar qorxu bilmədən yuxarı komandanlığın bütün əmrlərini yerinə yetirərək alnı ağ çıxıblar.
Nədən Müdafiə Nazirliyinin kabinetdə oturan zabitləri təltif olunub, lakin bu savaşan oğlullar təltif olunmayıblar? Bunların içində yaralısı, əlilidə var. Nədən bir nəfər səlahiyyətli zabit çıxıb onlara nəsə demir? O boyda Müdafiə nazirliyinin təltif edilən zabit heyəti bu əskərlərə baxanda utanmırlar? O medalları taxanda bu əskərlər yadlarpna düşmür?
Müdafiə Nazirliyi hansı günahlarını yuya bilmir ki, əskər və zabitlərin üzünüə çııxmır?
Teref.az Müdafiə nazirliyinin mövqeyini işıqlandırmağa hazırdır!














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.