Həkimi şantaj edən reket jurnalistin səs yazısı yayıldı

17-07-2021, 07:05           
Həkimi şantaj edən reket jurnalistin səs yazısı yayıldı
Özünü media nümayəndəsi kimi təqdim edən şəxs səhiyyə işçisini şantaj edib.
Belə ki, “Korrupsiyaya son” qəzetinin təsisçisi Hacıİbrahim adlı şəxs Tovuz rayonu Əyyublu kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Akif Əyyubova zəng edərək ona hansısa nişanın təqdim ediləcəyini bildirib. Daha sonra H.İbrahim səhiyyə işçisinə çəkiliş üçün göndərdiyi adamlara “hörmət” etməli olduğunu deyib.
Akif Əyyubov pul vermək imkanının olmadığını bildirdikdən sonra onlar arasında mübahisə yaranıb və Hacı İbrahim onu şantaj edib.
Hacı İbrahimlə əlaqə saxlanılsa da, o, şikayətçini tanımadığını bildirib.
Qeyd edək ki, “Korrupsiyaya son” MMC-nin təsisçisi və direktoru İsmayılov İbrahim Vaqif oğludur. O, 2010-cu ildə “Bakısərnişinnəqliyyat” MMC-nin əməkdaşını şantaj etdiyinə görə saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29, 178.2.1 və 310-cu maddələri ilə cinayət işi qaldırılıb. O, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Şəhid ailələrinə müraciət edərək onların övladlarıbarədə məlumat hazırlayacaqlarını deyən və həminailələrdən bunun qarşılığında pul tələb edən “Şəhid” TV də görünür ki, bu qəzetə məxsusdur. Və bukanalın direktoru isə Vüqar Abbasovdur./aktualxeber.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru