ETSİN-dən təqdirəlayıq reaksiya: Gəncədə qocaman çinar ağacının dibi asfaltdan təmizlənib...

21-07-2021, 13:38           
ETSİN-dən təqdirəlayıq reaksiya: Gəncədə qocaman çinar ağacının dibi asfaltdan təmizlənib...
Gəncə şəhəri Nizami rayon Həsənli qardaşları 39 ünvanında çinar ağacının dibinin asfaltlanması ilə bağlı daxil olan şikayətlə əlaqədar dərhal ETSN-nin yerli qurumunun əməkdaşları əraziyə baxış keçirib və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında çinar ağacının dibi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və ona aqrotexniki xidmət göstərilib.
Bu kimi halların baş verməməsi üçün onlara tövsiyyə verilib.

Bunu Teref.az-a ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirliyin sözçüsü onu da qeyd edib ki, yerli icra hakimiyyətləri öz ərazilərində olan yaşıllıq sahələrinə cavabdehlik daşıyır.

"Çox istərdik ki, belə halların baş verməməsi üçün onlar ərazilərindəki ağaclara həssaslıqla yanaşsınlar.

Yaşıllıq sahələrində mütəmadi monitorinqlər aparsınlar ki, ərazilərində olan yaşıllıqların vəziyyəti barədə daim məlumatlı olsunlar."
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.