Torbada pişik balası varmış və ya PİŞİK “RAZBORKASI”

21-07-2021, 17:07           
Torbada pişik balası varmış və ya
Dünən günün axşam saatlarında tanınmış jurnalist Ulviyya Alovlu özünün “Facebook” səhifəsində sos təbilli bir status paylaşdı.
Yazırdı ki, onun həyatı təhlükədədir, bir şey olsa, bütün məsuliyyət ictimai fəal, tanınmış bloger Bəxtiyar Hacıyevin üzərinə düşəcək.
Jurnalist daha sonra qeyd edirdi ki, Bəxtiyar onun evinə basqın edib, qapını nə qədər döysə də, o açmayıb.
Hər iki şəxsin cəmiyyətdə kifayət qədər tanınan adam olduqlarını nəzərə aldığım üçün bu məsələnin detalını araşdırmaq qərarına gəldim.
Məni təəccübləndirən əsas məsələ isə sözügedən iki şəxsin bu yaxınlarda bir masa arxasında oturub mehriban şəkildə çəkdirdikləri fotoları paylaşmaları oldu.
Onda isə sual yaranır: Nədən Bəxtiyar Ulviyyənin evinə basqın etmək, jurnalistin təbirincə desək, onun həyatına təhlükə yaratmaq qərarına gəlsin?
Mənimlə söhbətində Ülviyyə Alovlu Bəxtiyarla son zamanlar yaxın münasibətinin yarandığını təsdiqlədi: “Bizə yaxın ərazidə yaşayır. Bir dostum vasitəsilə tanışlığımız yarandı.
Məlum oldu ki, o da pişik saxlayır. Mən də evdə pişik saxladığım üçün, söhbət əsnasında pişiklərimizin çütləşməsi ilə bağlı ortaq məxrəcə gəldik.
Çünki mən uzun müddətiydi ki, “oğlumu” (erkək pişiyini nəzərdə tutur-M.Q) çütləşdirmək istəyirdim. Hətta bununla bağlı elan da vermişdim. Mənim pişiyim erkək, Bəxtiyarınki isə dişi olduğu üçün sövdələşməmiz baş tutdu.
Razılığımız belə oldu ki, çütləşmə nətucəsində Bəxtiyarın pişiyinin doğacağı balalardan birini mənə verəcək. Bəxtiyar bir neçə dəfə pişiyini gətirib mənim evimdə cütləşdirdi.
Nəticədə, Bəxtiyarın pişiyi dünyaya 5 bala gətirdi, ancaq o, həmin pişik balalarından birini də mənə vermədi.
Mən ona dedim ki, stsus yazacam. Bildirəcəm ki, haqdan-ədalətdən danışan Bəxtiyar bir pişik balasına görə məni aldadır.
Sonra eşitdim ki, Bəxtiyar gedib məni polisə verib. Mən də bunun haqda staus yazdım. Gəlib qapımı sındırdı ki, statusu silim”.
Yaxşı şərh etməli mövzu olduğu göz qabağındadır. Ancaq mən bu yazını heç bir şərh vermədən sırf xəbər stilində yazdım. Qoy nəticəni dəyərli oxucunun özü çıxarsın.
P.S. Ülviyyə Alovlunun səsləndirdiyi fikirlərlə bağlı Bəxtiyar Hacıyevin də mövqeyinə yer verməyə hazıram.
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
casino Pin Up AZ