" ...bu gün bütün korrupsiya pullarını idmandan çəksək..."

25-07-2021, 00:08           
" ...bu gün bütün korrupsiya pullarını idmandan çəksək..."
Tokioda Olimpia Oyunlarına 24 saat öncə start verildi, Azərbaycan 44 idmançı ilə təmsil olunur, ilk 24 saatda 10 idmançımız yarışlara başlayıb, onlardan 8-i uduzaraq yarışlardan kənar qalıb.
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazlr.
Daha sonra Natiq Cəfərli yazır ki, 44 idmançıdan yarıya yaxını "legionarlərdir", milliləşdirib Olimpiadaya aparıblar, çünki ölkədə uşaq idmanı bərbad vəziyyətdədir, məktəblər dağllıb, məşqçilər, mütəxəssislər çatışmır, bilirsiz niyə?! Çünki son 30 ildə idman ancaq korrupsiya pulu ilə ayaqda qalıb, nazir-məmurlar milli idman federasiyaların rəhbərləri olub, onlar da büdcədən oğurladıqları, korrupsiya yolu ilə əldə etdikləri ilə idmanı ayaqda saxlayıblar. İndi korrupsioner iri nazirlərin, məmurların, idman "şeflərinin" bir çoxu işdən çıxarılıb, idman yiyəsiz, pulsuz qalıb. Olimpiadaya cavabdeh olanlar isə məktəb yaratmağa, ənənə qurmağa pul xərcləmək istəmirlər, ona görə də "5-10 minə" xarici alıb milliləşdirib oyunlara göndərirlər. O legionarlərin isə nə bayrağa hörməti var, nə vətənə məhəbbəti, ona görə də, üzgüçümüz üzmür, velosipetçimiz bir az sürüb sonra düşüb piyada gəzir, boksçumuz isə ilk görüşdəcə yerə ağ dəsmal atır - söhbətə bax e, Azərbaycanlı boksçu Lorenso Sotomayor. Nə isə...
P.S. İdmanda elə eybəcər sistem qurublar ki, bu gün bütün korrupsiya pullarını idmandan çəksək futbol çempionatında 2 komanda qalar, hər hansı bir idman növündə milli komanda qurub Olimpiada bir qırağa, heç MDB ölkələri üzrə yarışlara gedə bilmərik...
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru