Şəhidin qardaşı "jurnalist binası müraciəti"nə imza atanlara yerlərini göstərdi

25-07-2021, 19:40           
Şəhidin qardaşı "jurnalist binası müraciəti"nə imza atanlara yerlərini göstərdi
"Jurnalistlər adına tikilən binanın şəhid ailələrinə verilməsi üçün imza toplayıb canfəşanlıq, şirinlik edənlərin məqsədi keçmişdə evə görə jurnalistləri bir-birinə düşmən etdikləri kimi, indi də şəhid ailələri ilə jurnalistlərin arasını vurmaqdır ki, şəhid ailələrinin problemlərini işıqlandırmasınlar".

"Rupor" xəbər verir ki, bu fikirləri Vətən müharibəsində şəhid olmuş mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu şəxsi "Facebook" səhifəsində yazıb.

O, daha sonra vurğulayıb: "Belə fədakarlıq edib imza toplayansınızsa, "Atletlər kəndi" illərdir tikilib, bomboşdur. Həmin evlərin şəhid ailələrinə verilməsi üçün müraciət edin. İt ilində bir dəfə yarış olacaq deyə, o qədər mənzil orada niyə boş qalmalıdır? Yarışlara gələn turistlər ölkədəki yüzlərlə oteldə yerləşdirilə bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru