"jurnalist yazır, mütləq belə hal olmalıdır ki, inanılsın?" - Ritorik sual...

28-07-2021, 00:00           
"jurnalist yazır, mütləq belə hal olmalıdır ki, inanılsın?" - Ritorik sual...
Müharibədən əvvəl də, sonra da nın rüşvət yuvası olduğunu yazırdım. Pulla arayışların verilməsi orda adi hal idi. Bunları yazanda bir çoxları az qalırdı basıb adamın iki gözünü bir deşikdən çıxarsın, indi DTX Hospitalın bir bölmə rəisini və bir də əməkdaşını cinayət başında yaxalayıb.
Teref.az xəbər verir ki, bunu hərbi jurnalist Səxavət Məmmədli yazır.
Daha sonra jurnalist yazır, mütləq belə hal olmalıdır ki, inanılsın? Bu barədə yazanda az qala adımı erməni kəşfiyyatına işləyən çıxarırdılar. Təkcə orda yox, bir çox qurumlarda bu cür tədbirlər görülməlidir.
Hələ bu nədir ki, müharibə vaxtı cəbhəyə yaxın getməyib, özünə medal yazan, ancaq ölümlə üz-üzə yaralıları müalicə edən həkimlərə medal verilməsinə mane olanlar var (bu barədə geniş bir yazım olacaq). Hamısı ordudan getmək istəyir.
Hüquq mühafizə orqanları bu günə qədər yazılan bütün faktları araşdırmalıdır. 3 il öncə MAXE və gizirlərin rüşvətlə işə düzəldilməsi məsələsi də heç nə olmamış kimi qapandı. İndi yüksək vəzifəyə gətirilənlər var ki, o vaxt kursa qəbul olmaq istəyənləri oturdub, videoya çəkirdi ki, Səxavətə elə şey demədiyini lentə aldırsın. Uşaqlar kişi kimi hərəkət etmişdilər.
Elə bu yaxında da bu barədə bir yazı yazmışdım. Kursa qəbul olunanlardan rüşvət yığırdılar. Sonra bir əl müdaxilə edib, hər şeyi alt-üst etdi.
Başlamışkən bütün iddiaları yoxlamaq lazımdır. Çox çirkinliklər rəsmi olaraq üzə çıxacaq. Niyə rəsmi? Belə onsuzda bilirik...
Səxavət Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.