Binəqədidə “Həkəri” adlı əxlaqsızlıq yuvası fəaliyyət göstərir- Obyektin sahibinə demək lazımdır ki, “quşxana”ya öz doğmalarının adını qoy…

24-09-2021, 08:08           
Binəqədidə “Həkəri” adlı əxlaqsızlıq yuvası fəaliyyət göstərir-
Həkəri adı Şuşa, Qarabağ kimi milli dəyərdir…

Ötən əsrin 90-cı illəri yaşlı və orta nəslin yaxşı yadında olar.
Obrazlı desək, cəmiyyət elə bil yenidənqurma və aşkarlıq dalğasında “azadlıq”dan vurub, əməlli-başlı “paxmel” olmuşdu.
Elə bil baş verənlər haradansa idarə olunurdu. İnsanlar hər şeyi söküb-dağıtmaq, hər şeyi qaralamaq, hətta müqəddəs dəyərləri silib atmaq istəyirdilər.
Məlumdur ki, cəmiyyətlər min illik adətlərin, ənənələrin, müqəddəs dəyərlərin hesabına ayaq üstə qalır.
Mənfur Qorbaçovun “aşakarlığı” çox dəyərləri məhv etdi.
Elə itirdiklərimiz var ki, onu sonradan bərpa etmək olur, amma elə dəyərlər var ki, onu sonradan bərpa etmək müşkül məsələdir.
Sözümüzün canı odur ki, bəzi insanlar “hürriyyətçilik”dən istifadə edərək, ən müqəddəs dəyərlərimizə əl və dil uzadırdılar.
Məsələn, hansısa gerizəkalının biri xırda bir obyekt açaraq orada spirtli içkilər istehsal etməyə başlayır. Və ən dəhşətlisi odur ki, bu “patriot gədə” arağın üstünə Nizami Gəncəvinin təsvirini yapışdırır.
Bunu başa salan yoxdur ki, Nizami Gəncəvinin bizim üçün müqəddəs dəyər olması, dünyada millətimizi təmsil etməsi bir yana, bəs axı Nizamiyə Şeyx Nizami deyiblər.
Ay qanmaz, araq, spirtli içki hara, Şeyx Nizami hara ?
Bax beləcə bizim ən müqəddəs dəyərlərimiz az qala lağlağı obyektinə çevrilirdi.
Yaxud, yolqırağında açılmış gecəqondu kafelərə Qarabağ, Şuşa, Laçın adı qoyanlar görəsən öz əməllərindən utanıb qızarmırdımı ?
Axı, yol kənarındakı o kafelərin “təyinatı” məlum idi. Bəs, belə olan halda bizim üçün müqəddəs olan yer adlarını niyə öz zibilinə bulaşdırmalısan ?
Pul qazanmaq, qaz vurub qazan doldurmaq istəyirsən, başqa ad tap, başqa bir adla obyektini işlət. Mütləq millətin heysiyyatı ilə oynamalısan ?
Bu iyrənc proses təəssüf ki, bu gün də davam edir.
Bilməyənlər üçün deyək ki, Binəqədi rayonunda Həkəri adında kafe, əslində əxlaqsızlıq yuvası fəaliyyət göstərir.
Bura sözün əsl mənasında xəstəlik, virus məkanıdır. Kafenin sahibi günün günorta çağı ölkənin paytaxtında qadın alveri ilə məşğul olur, priton saxlayır.
Görəsən, rayonun hüquq-mühafizə orqanları bu rəzaləti görmür ?
Görürsə, niyə tədbir görmürlər ?
Ən dəhşətlisi odur ki, bu kafedə gecə-gündüz kim alır, kim satır, neçəyə satır, bunlar müvafiq qurumların işidir.
Biz Gundelik-bakı bir media qurumu olaraq düşünürük ki, Həkəri adını təyinatı məlum obyektə hansı dələduz verib ?
Axı, Həkəri də, Araz, Kür, Şuşa, Qarabağ kimi millətin şərəf məsələsidir. Bu ad bizim millətin ən həssas yeridir, bu ad bizim üçün toxunulmaz brenddir.
Obyektin sahibinə demək lazımdır ki, bu quşxanaya Həkəri adı qoyunca, öz ətrafındakıların, adını qoy dəə...
Qoy xalq da bilsin ki, sən kimin kimisən, kimin nəyisən.
Həkəri adını belə çirkin məqsədlə istismar etməyə sənə kim haqq verib ?
Qadınları istismar etməyin bəs deyil, hələ bir müqəddəs yer adlarımızı da murdarlayırsan, ay yaramaz.
Nəhayət üzümüzü, tuturuq Binəqədi, Zəngilan rayonlarının icra hakimiyyətlərinə, polis rəislərinə, Daxili İşlər Nazirliyinə, paytaxt meriyasına. Ki, Həkəri adında əxlaqsızlıq yuvası təcili bağlansın. Ümumiyyətlə, Həkəri adı bu obyektin üzərindən götürülsün.
Obyektin sahibinin kimliyi, haralı olması və s maraqlı deyil. Kim olur olsun, törətdiyi əməllərə görə barəsində cinayət işi açılsın və layiq olduğu cəzanı alsın.
Bəlkə, bu başqalarına dərs ola. Ki, burnunuzu müqəddəs dəyərlərə soxmayın.
P.S Kimliyindən asılı olmayaraq bu məsələ ilə bağlı xahişdə bulunanların hamısı təhqir olunacaq.gundelik baki.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.