Sonra deməyin ki, insanlar NİYƏ VAKSİN PASPORTUNU PULLA ALIR? - BU DA FAKT!!!

24-09-2021, 11:30           
Sonra deməyin ki, insanlar NİYƏ VAKSİN PASPORTUNU PULLA ALIR? -
"Mən 27 avqust tarixində vaksin əleyhinə əks göstəriş sertifikatı almaq üçün sənədlərimi Gəncə şəhərində ərazi üzrə poliklinikada komissiyaya vermişəm və komissiyadan keçsəm də, ancaq hələ də Bakıdan komissiyadan cavab gəlməyib". DİA.AZ bildirir ki, bu sözləri Gəncə sakini Validə Nurməmmədova "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edib.


Daha sonra narazı vətəndaş yazır: "Ərazi üzrə polikilinikadan bildirirlər ki, "bizlik deyil gözləyin, Bakı ləngidir". TƏBİB-ə şikayət yazıram, deyir "bizlik deyil Səhiyyə Nazirliyinə bildirin", Səhiyyə Nazirliyinə isə artıq neçə həftədir zəng edirəm qaynar xətt işləmir, indi isə zəng etdim qaynar xətt işləsə də, 10 dəqiqədən artıq gözlədim ancaq 2-ci növbədə olsam da, növbəm çatmadı. Ətrafımda bu sənədlə bağlı müraciət edən hər kəs eyni problemi yaşayır.

İndi isə işimlə bağlı mənə vacib bu sənəd lazımdır, əks halda işə qəbul edilməyəcəm. Ya gərək mən məcbur rüşvət verib vaksin alam, ya da haqqım olan sənədi...
İnsanları məcbur edirlər ki, qanunsuz yollara əl atsınlar. Artıq bilmirəm kimə necə şikayət edim".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru