Sumqayıtda təzə təmir olunan yol niyə çökdü? - AÇIQLAMA / VİDEO

30-09-2021, 09:53           
Sumqayıtda təzə təmir olunan yol niyə çökdü? -
Sumqayıtın mərkəzi küçələrindən birində yeni təmir olunan yol çöküb.

Teref.az Baku TV-yə istinadən xəbər verir ki, şəhərin Ağa Quliyev küçəsində yaranan vəziyyət avtomobillərin hərəkətini də çətinləşdirib. Avtomobillər hətta piyada səkilərindən keçməyə məcbur qalıblar.

“Azərsu” ASC-nin Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, Ağa Quliyev küçəsində yol ötən gün gecə saatlarında çöküb. Təqribən 9 aydır həmin yol təmirə bağlanmışdı. Çökməyə görə məsuliyyəti isə ərazidə tikinti işlərini həyata keçirən şirkət daşıyır.

Tikinti şirkətindən isə bildirilib ki, həmin yolda onlar yalnız kanalizasiya xətlərini çəkiblər. Yolun təmir işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirib.

Agentlikdən isə bildirilib ki, yol Sumqayıt İcra Hakimiyyətinin balansındadır. İcra Hakimiyyətinə ünvanlanan suallar isə cavabsız qalıb.

Qeyd edək ki, güclü yağışlardan sonra Sumqayıtın digər küçələrində də çökmələr olub.

Ətraflı süjeti təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru