FHN ŞÜŞƏLƏRİN YUYULMASINA 10 MİNDƏN ÇOX XƏRCLƏYİR - İcazə verin, şübhələnək...

30-09-2021, 15:39           
FHN ŞÜŞƏLƏRİN YUYULMASINA 10 MİNDƏN ÇOX XƏRCLƏYİR - İcazə verin, şübhələnək...
Fövqəladə Hallar Nazirliyinin akademiyası təkcə inzibati binasının şüşələrinin və fasadının yuyulmasına 10 mindən çox vəsait xərcləyir.
TİA.Az xəbər verir ki, bununla bağlı tenderin qalibi “Service Plus Group” MMC olub. Nəticədə 10 845 manat binanın şüşələrinin və fasadının yuyulmasına yönəldiləcək. Amma şüşə və fasad yuyulmasına bu qədər vəsaitin sərf olunması da suallar doğurmaya bilməz.
Çünki tenderlər daha çox maxinasiyalara xidmət edir. Bu günlərdə Prezident İlham Əliyev də yeni icra başçılarını qəbul edərkən bildirmişdi ki, bir çox hallarda məmurlar tenderləri özlərinə yaxın şirkətlərə verirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru