Zərərçəkən yox, zərərvuran günahkar çıxarılır... - Belə də olurmuş...

16-03-2016, 13:17           
Zərərçəkən yox, zərərvuran günahkar çıxarılır... - Belə də olurmuş...
Bu il martın 9-da Lənkəran rayonunda bir neçə nəfərin yaralanması ilə müşahidə edilən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Liman şəhərinin Su-8 deyilən ərazisində qeydə alınıb. JAM.AZ xəbər verir ki, piyada keçid xəttində maşını saxlayan sürücü arxadan başqa bir maşın tərəfindən vurulub.

Hadisə nəticəsində maşında olan sərnişin, Lənkəran şəhər sakini Cəlal Məmmədov ağır xəsarət alaraq, Mərkəzi Xəstəxanaya aparılıb. Digər sərnişin Namiq İmaməliyev isə ağlıdığı yüngül xəsarətdən dolayı, yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, Cəlal Məmmədov hal hazırda Lənkəran Mərkəzi Xəstəxanasında ağır vəziyyətdə yatır. Ona baş-beyin travması, onurğa sütununda çat, boyun fəqərəsinin əzilməsi diaqnozları qoyulub. Hadisəni törədən «Mersedes» markalı 42-172 dövlət nömrə nişanlı avtomobilin sahibi isə məsələni müstəntiqlə həll etdiyini deyir.

İndi isə keçək təfsilata. JAM.AZ-a danışan Cəlal Məmmədov bildirir ki, o, Liman şəhərindəki 1 saylı orta məktəbin bədən tərbiyyəsi müəllimi işləyir. Martın 9-da isə qohumu Namiq İmaməliyevlə birlikdə iş dalısıyca gedirmişlər. SU-8 deyilən ərazidə piyada keçid xəttini gözləyən mindikləri maşını arxadan başqa bir avtomobil vurub. Hadisədən sonra onun huşu özündən egdib və təcili olaraq Lənkəran Mərkəzi Xəstəxanasına gətirilib. Hazırda isə nə tərpənə bilir, nə də müalicəsini davam etdirmək üçün maddi imkanı o həddə deyil.

O deyir ki, tək şikayəti baş vermiş qəzanı araşdıran polis müstəntiqi Bəyəmir Cahangirovdandır. «Hadisə baş verən gündən indiyə qədər Bəyəmir Cahangirov bir dəfə yanıma gəlib, ifadə alıb. Onda da özünü elə aparırdı ki, sanki hadisəni başqası deyil, mən törətmişəm. Təsəvvür edin, hadisəni olduğu kimi ona danışdıqda durub qışqırmağa başladı ki, «mənə nağıl danışma». Bu günə qədər məndən nə izahat alıb, nə də üzləşdirmə aparıb».

Cəlal Məmmədov sonradan dəqiqləşdirib ki, müstəntiqin bu şəkildə davranışının səbəbləri başqa bir məsələymiş. «Atam, aman dəfələrlə qarşı tərəfə zəng vuraraq, onlara durumumun ağır olduğunu deyiblər. Qarşı tərəf isə indiyə qədər 90 manat pul xərcləyiblər, bəsimiz olduğunu söyləyiblər. Onlar «bizi narahat» etməyin söyləyib, məsələni müstəntiqlə həll etdiklərini vurğulayırlar. Hətta kimə istəyiriksə şikayət edə biləcəyimizi, kimsədən qorxmadıqlarını, pullarını verib müstəntiqlə anlaşaraq, işi ört-basdır edəcəklərini, qızıl dükanları olduğu üçün geniş maddi imkan sahibi olduqlarından istənilən addımı ata biləcəklərini dilə gətirirlər».

Zərərçəkən qeyd edir ki, hal hazırda ağrıkəsicilər və vitaminlərin sayəsində danışa bilir. «Lakin günbəgün vəziyyətim ağırlaşır. Həkimlər də deyirlər ki, bu şəkildə davam edə bilməz, mütləq Bakıya aparılmalıyam. Başıma gələnlərlə bağlı 102 Xidmətinə də zəng edilib. Amma heç bir faydası olmayıb. Mənim tək xahişim odur ki, müstəntiqin işi ədalətli aparması üçün yuxarı dairələr prosesi nəzarətlərinə götürsünlər. Çünki mənim müalicə ala bilməməm, günahkarın cəzalanmamasının səbəbkarı məhz Bəyəmir Cahangirovdur. Ümid edirəm ki, DİN başçısı, cənab general Ramil Usubov, habelə Lənkəran Polis Şöbəsinin rəisi Möhübbət müəllim məsələni nəzarətlərinə götürərək, işə ədalətli baxılmasını təmin edəcəklər».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.