“Ləğv edilən qurumların adı vardı, özü yox” - Əmlak Komitəsi

16-03-2016, 13:35           
“Ləğv edilən qurumların adı vardı, özü yox” - Əmlak Komitəsi
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tabeliyində olan Xocalı təsərrüfat hesablı təmir-tikinti sahəsi və xüsusi ixtisaslaşdırılmış tikinti-quraşdırma idarəsinin ləğvinə aydınlıq gətirib. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov qurumların ləğvi ilə bağlı Modern.az saytına danışarkən həmin qurumların adının yalnız sənədlər üzərində olduğunu qeyd edib:

“Komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi var. Ləğv edilənlər bu qurumun tabeçiliyində əvvəllər özəlləşmə aparılan müəssisələrdir. Elə müəssisələr var ki, Sovetlər dönəmindən qalıb. Onların nə əmlakı, nə rəsmi yeri, nə də vəsaitləri var. Bu o müəssisələrdəndir ki, adları yalnız kağız üzərində qalıb və ona görə də ləğv olunublar”.

Q.Xəlilov deyib ki, ləğv edilən qurumlarda heç bir işçi olmayıb:

“Əvvəllər yaranan, hansısa dövlət qurumunun nəzdində fəaliyyət göstərən, özəlləşməyə verilən, adı yalnız sənədlər üzərində qalan belə müəssisələrin ləğvi prosesi davam etdiriləcək. Fəaliyyəti, işçisi, vəsaiti olmayan müəssisə təbii ki, ləğv olunmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.