Lənkəran YPX-sinin rəisinin eşq macarasının axırı məhkəməlik oldu FOTO

20-03-2016, 14:28           
Lənkəran YPX-sinin rəisinin eşq macarasının axırı məhkəməlik oldu FOTO
"DYP rəisindən uşağım var» deyən qadın Nəsimi Məmmədovun əməllərindən şikayət edir

TEREF.İNFO yazır ki, dosye.orq-un elektron poçtuna Lənkəran şəhər sakini İsmayılova Səbahət Kərim qizi tərəfindən şikayət məktubu daxil olub. Məktubda göstərilir ki, Lənkəran ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik Nəsimi Nəriman oğlu Məmmədov vəzifə salahiyətlərindən istifadə edərək, vətəndaş Səbahət İsmayılovaya qarşı məhkəmə cəkişməsində saxta sənədlərlə bir necə qanun pozuntusuna yol verib. Şikayət məktubunu olduğu kimi ixtiyarınıza veririk:

«Miranənin atası qonşum idi. Amma narkoman olduğunu bilməmişdim. Miranə 4 aylıq olanda atası həbs olundu. 2 dəfə təkrar həbs olunduğu üçün ayrıldım. Anamın evində qalırdım. Bir dəfə evimizə oğru girmək istəyirdi, 102-yə zəng vurduq, polislər gəldi. Sonra anamı sorğu-suala tutdular. Barəmizdə məlumat topladılar. Bir gün anamı polisə çağırdılar. Demə, bu adam Lənkəran yol polisinin rəisi Nəsimi imiş. Anama bildirib ki, 1 qız övladım var, yoldaşımın uşağı olmur. Səbahəti ver mənə, oğlan doğsun, onu gözüm üstə saxlayaram. 8 ay evdə söz-söhbət oldu. Onu ər olaraq qəbul etdim, inandım. Tək övlad olduğum üçün ev də aldırmadım. Heç adıma da bir qızılda almadı, fikirləşdim etibar etmir. Öyrəşəndən sonra düzələr. Hər dəfə hamilə qalanda deyirdi saldır. 7 il bundan öncə qərara aldım ki, saldırmayacağam. Mən bunu ər kimi qəbul etmişəm, aşna kimi yox. Elə ki, bildi hamiləyəm, mənimlə yola getmədi, arayib axtarmadı. DİN-ə ərizə yazdım. Bunu bilib «uşaq məndən deyil» deyərək məni Cinayət Məcəlləsinin 178.1 178.2-ci maddələri ilə cinayət işi açılması üçün məhkəməyə verdi. Məhkəmədə qalib gəldim. Apelyasiya şikayəti verdi, orada da bəraət aldım. Sadəcə, uşaq məsələsini hökmdən çıxardılar ki, mən mülki qaydada məhkəməyə verim. Məhkəmə yollarına, vəkilə pul xərcləməkdən korluq çəkirdim. Odur ki, mülkü qaydada iddia qaldıra bilmədim. Hazırda isə uşaqlar böyüyüb, maddi durumum yaxşı deyil və eyni zamanda vəziyyətimiz acınacaqlıdır. 2 ay öncə polis rəisinin müavinin qəbuluna getdim. Xahiş etdim ki, Nəsimiyə təzyiq göstərsinlər, uşağına pul göndərsin. Nəsimi müəllimin öz müavininə zəng etdim, xahiş etdim, yenə alınmadı. Qalmışam belə. Anam da bərk xəstədir, şəkərdir. Bu günahları Nəsimi necə daşıyır? Mənim həyatımı məhv etdi, cəhənnəm olsun, bu qədər imkanı ola-ola uşağı əllərə qalıb».

Araşdırmalar nəticəsində məlum oldu ki, Lənkəran şəhər Yol Polisi Şöbəsinin rəisi Nəsimi Məmmədov özünü müdafiə etmək üçün vətəndaş Səbahət İsmayılovanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmə isə qanunun aliliyini nəzərə alaraq iddianı ləğv edib.

Vətəndaşın elektron ünvana şikayət məktubundan sonra məqalədə adı hallanan Nəsimi Məmmədovla telefon əlaqəsi yaratdiq. Özümüzu təqdim etdikdən sonra qarşı tərəf kimi mövqeyini dinləməyə çalışdıq. Əfsuslar olsun ki, polis orqanlarında xidət edən Nəsimi Məmmədovun münasibəti gözlənilməz oldu: «Gedin işinizlə məşğul olun».
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.