Cəlilabaddan Kərəm Həsənova Novruz «payı»

21-03-2016, 12:49           
Cəlilabaddan Kərəm Həsənova Novruz «payı»
Təhsil Şöbəsinin müdiri hər direktordan komitə sədri üçün iki quzu və hindquşu yığır

Cəlilabadın təhsil şöbəsinin müdiri Elminaz Nadirova yeni yığım kampaniyasına başlayıb. teref.az xeberman.com-a istinadən xəbər verir ki, şöbə müdirinin yeni kampaniyası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adına hesablanıb.

Məlumatda deyilir ki, xanım Nadirova orta məktəblərdən aylıq «xərac» toplamaqla yanaşı, Kərəm Həsənov üçün də ayrıca yığım işləri görür. Qeyd edilir ki, şöbə müdiri hər direktordan komitə sədrinə «Novruz payı» adı ilə iki quzu və bir ədəd hindquşu tələb edir.

Sayt xəbər verir ki, bu gün səhər saat 09:00-da Cəlilabadın «Baş» adlanan meydanından isə Kərəm Həsənova göndərilən «sovqat»ın yolasalma mərasimi keçirilib.
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.